Azərbaycan və Gürcüstan üzrə bələdçiniz

"PAŞA Travel" şirkətinin "Səyahət Kitabçası" turistlərin Azərbaycan və Gürcüstanın görməli yerləri haqqında məlumat alması üçün nəzərdə tutulmuş topludur. Turistlər kitabçadan Azərbaycan və Gürcüstana səfərləri zamani təlimat kimi istifadə edə bilərlər. Burada ölkələrin coğrafi mövqeyi, görməli yerləri və otellər haqqında məlumatlar, maraqlı turlar və səyahətçilər üçün faydalı olan başqa məlumatlar qeyd olunub.