Xidmətlər

Peşəkar tədbir təşkilatçılığı

Aidiyyəti assosiasiyaların dəstəklənməsində böyük təcrübəyə malik olan "PAŞA Travel" şirkəti Görüşlərin təşkili və idarə edilməsi sahəsində kompleks xidmətlər təmin edir. Şirkətimiz Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının üzvü və Ovation Global DMC şirkətinin Azərbaycanda strateji tərəfdaşıdır. Biz tədbirin qeydiyyatdan keçirilməsi, sərginin və nəqliyyat vasitələrinin təşkil edilməsi, sponsorluq dəstəyi, icmalın hazırlanması və qəbul edilməsi, sosial məsələlərin təşkil edilməsi və konfransda iştirak edənlər üçün yerləşmənin təmin edilməsi kimi bir-biri ilə əlaqədar olan xidmətlərin geniş çeşidini təklif edirik. İstəklərinizi bizə bildirin, ya da izn verin, Sizi məmnun edəcək xidmətləri təxmin edək. Biz Sizə dəstək olmaq üçün çalışırıq.

Konfransların təşkili ilə bağlı xidmətlərimiz

  • Tender təklifinin hazırlanması və bununla bağlı məsləhət
  • Tədbir üçün müvafiq yerin seçilməsi
  • Konfransın loqistik idarəedilməsi
  • Natiqlərin çıxışlarının təşkili
  • Maliyyə menecmenti, o cümlədən büdcənin hazırlanması və büdcəyə nəzarət
  • Konfransın katibliyinin işinin təşkil edilməsi və aparılması
  • Müştərinin adından məhsul və xidmətlərin, çap avadanlıqlarının, reklam kampaniyasının, qida təchizatının və nəqliyyat vasitələrinin satın alınması
  • Tədbirin internet saytının hazırlanması və mobil proqramların inkişafı

Peşəkar tədbir təşkilatçılığı ilə bağlı təklifə ehtiyacınız var? Təklif istəyin

Xidmətlər

Digər xidmətlər

Səyahət bələdçisi

Dəyərli tərəfdaş