Niyə biz?

İstəklərinizə Həssas Yanaşma

 

Şirkətimizin Sizin üçün ayrılmış, işində peşəkar olan işçiləri sayəsində "PAŞA Travel"ın VIP xidmətləri başqa səyahət agentliklərindən qat-qat üstündür. Biz gözləntilərinizi üstələmək üçün Sizi şəxsən tanımağa, maraq və tələblərinizi öyrənməyə çalışırıq. Sizin dünyanın istənilən guşəsinə səyahətinizi yaddaqalan edə və bütün nüansların qeydinə qala bilərik.

PASHA Travel VIP

Niyə biz?

Rahatlıq və Komfort

Biz Sizə tam fərdiləşdirilmiş xidmətlər göstərərək məhz Sizin üçün səyahət məsləhətçisi ayırır, tələblərinizi dinləyir və hər şeyi planlaşdırırıq. Biz sifariş edirik. Siz təkrarolunmaz səyahət təcrübəsindən həzz alırsınız.

Təcrübə və Bilik

Lüks məhsullar haqqında zəngin biliklərimiz, uzun illərin fəaliyyətinə əsaslanan təcrübəmiz və qlobal tərəfdaşlar şəbəkəmizin Azərbaycanda tayı-bərabəri yoxdur.

İndividual səyahətlər

Bütün tələblərinizə cavab verən, komfort, rahatlıq və unudulmaz səyahət təcrübəsinin vəhdətindən ibarət turların təşkil edilməsini "PAŞA Travel" şirkətindəki məsləhətçinizə həvalə edin.

VIP imtiyazlar

Dünyanın tanınmış səyahət assosiasiyalarının üzvü olaraq biz müştərilərimizə 1500-dən çox böyük oteldə xidmət səviyyəsinin yüksəldilməsi və SPA-kreditlər kimi çox sayda xüsusi VIP imtiyazlar təklif edirik.

24/7 Müştəri Xidməti

Sizin ehtiyaclarınız rəsmi iş saatları ilə birlikdə bitmir – Biz yalnız "Gold Lifestyle" üzvlərə günün 24 saatı, həftənin 7 günü xidmət təklif edirik və bu, bütün VIP müştərilərimizə aid deyil.

Konsyerj xidməti

Konsyerj Klubunun üzvlərinin məşhurların iştirakı ilə keçirilən elan edilməmiş tədbirlərdə iştirak etməkdən tutmuş anşlaq tədbirində son anda yer sifariş etməyə qədər ən əlçatmaz xəyallarını belə reallaşdırırıq.

Heyətimiz

Sizin xidmətinizdədir

Mein Sultanova

VIP Səyahətlər üzrə direktor
Mein.Sultanova@pashatravel.az
+994 50 245 68 45

Mehin Sultanova tələbkar VIP səyahətçilərimiz üçün fərdi şəkildə hazırlanmış təkrarolunmaz, eksklüziv və individual turların hazırlanması kimi çox vacib vəzifəni yerinə yetirir. Bakı Dövlət Universitetində Şərqşünaslıq və Türk dili ixtisaslarını fəxri diplomla bitirmiş Mehinin turizm sahəsində 14 illik təcrübəsi "British Airways"də iş təcrübəsindən səyahət şirkətində direktorluğa qədər fərqli vəzifələri əhatə edib.

Fəridə Abdullayeva

VIP Departamentinin İcraçı Direktoru
Farida.Abdullayeva@pashatravel.az
+994 50 281 00 91

"PAŞA Travel" şirkətinin VIP səyahətlər komandasının üzvü olan Farida müştərilərin hər bir sorğusunun ən yüksək səviyyədə yerinə yetirilməsində maraqlı olan peşəkardır. Səyahət etməyi uşaqlığından bəri sevən Fəridə 15 ildən çoxdur turizm sahəsində işləyir. Bu müddətdə təəssüf və ya darıxmaq hissi ona yad olub. O, "PAŞA Travel" komandasına 2007-ci ildə qoşulub. O, çoxillik təcrübəsi və nailiyyətləri ilə fəxr edir və "PAŞA Travel" şirkətinin komanda və peşəkarlıq ruhundan həzz alaraq çalışır. Fəridə özü də həvəsli tennisçi olduğundan bir sıra tennis tədbirlərini Bakıya gətirməyin "PAŞA Travel" şirkətinə müyəssər olmasından böyük məmnunluq hiss edir.

Əlaqə vasitələri

Bizimlə
əlaqə saxlayın

Sualınız varmı?
Bizimlə əlaqə saxlayın

151 Port Baku, AZ1010, Bakı, Azərbaycan
+994 12 404 10 90
+994 12 404 10 91