Azərbaycanda yaşamaq və işləmək

Miqrasiya və daimi
yaşayış xidməti

İşgüzar və ya ailəvi səbəblərlə əlaqədar Azərbaycanda uzun müddət yaşamalısınızsa, işgüzar viza ilə kifayətlənməyiniz mümkün olmayacaq. Lazımi miqrasiya sənədlərinin hazırlanması çox vaxt zaman tələb edir, lakin şirkətimizin mütəxəssislərdən ibarət komandası Sizə bu prosesin hər bir mərhələsində kömək edə, daha az səy göstərməyinizə nail ola və uğur qazanmaq imkanınızı artıra bilər. Artıq viza almısınızsa, biz yaşayış icazəsi vəsiqəsi üçün müraciət etməyinizdə Sizə yardımçı ola bilərik.

Çətinliklərin öhdəsindən gəlirik

İstənilən ölkədə olduğu kimi Azərbaycanda da yaşayış üçün icazənin alınması ilə bağlı sənədləşmə işlərini bütün incəliklərinə qədər planlaşdırmaq lazımdır. Uğur qazanmaq üçün Siz bizim kimi bu sahədə təcrübəsi olan yerli şirkətlərin köməyindən istifadə etməlisiniz.

Üstünlüklər

  • Lazımi sənədlərin və arayışların hazırlanması
  • Lazımi tərcümələrin və sənədlərin notariusda təsdiq edilməsinin müvafiq şəkildə həyata keçirilməsi
  • Müvafiq idarələrə müvafiq ərizələrin müvafiq qaydada verilməsi
  • Zaman məhdudiyyətləri və rəhbərliyin gözləntilərinin başa düşülməsi
  • Şərtlərin gözlənilmədən dəyişməsinə tez və peşəkarcasına reaksiya verilməsi

Nə üçün biz?

Biz miqrasiya prosesi, onun siyasi yönləri və praktiki çətinlikləri haqqında dərin bilikləri olan və bu sahədə etibar qazanmış yerli mütəxəssislərik. Bu sahədə uzun illər davam edən təcrübəmiz sayəsində nazirliklərin müvafiq şöbələri ilə yaxın əməkdaşlıq qurmuşuq. Bizə müraciət etməklə ərizənizin vaxtında, ədalət prinsipləri ilə nəzərdən keçiriləcəyindən və təfərrüatlara xüsusi diqqət göstəriləcəyindən əmin ola bilərsiniz. Bu sahədə daha az təcrübəyə malik olan agentliklər Sizə bizimlə nail olacağınız əminliyi verməyəcək. Şirkətimizin tərcümə və notarial təsdiq xidmətlərinin istəklərinizə tam cavab verəcəyindən arxayın ola bilərsiniz. Biz Sizin üçün səfirliklərin tələblərinə cavab verən formatda viza fotoşəkilləri də hazırlaya bilərik. Hərtərəfli, davamlı və aydın xidmətlər göstərməsi ilə seçilən "PAŞA Travel" şirkətinin uzunmüddətli viza dəstək paketlərinin tayı-bərabəri yoxdur.

Xidmətlər

Sizə hansı xidmət lazımdır?

Azərbaycanın qanunvericiliyinə uyğun olaraq, işgüzar, ailəvi səbəblərlə əlaqədar və ya sərmayə qoyuluşu məqsədilə Azərbaycana gələn əcnəbi vətəndaşların Azərbaycanda yaşamaq üçün icazə vəsiqəsi, eləcə də müvafiq viza və miqrasiya kartı alması tələb olunur. Siz Azərbaycan dilində səlis danışmırsınızsa, daimi yaşayış üçün icazə vəsiqəsini almağınız çətin ola bilər, lakin "PAŞA Travel" Sizin icarəçidən müvafiq sənədləri almağınıza, tələb olunan tibbi şəhadətnamələri əldə etməyinizə və olduğunuz yer üzrə qeydiyyatdan keçməyinizə kömək edəcək. Daha sonra Sizin müvafiq ərizəni hazırlamağınıza, onu təqdim etməyinizə kömək edəcək və qərar qəbulu prosesində sənədlərinizin mümkün qədər sürətlə nəzərdən keçirilməsini təmin etmək üçün müraciətinizi izləməyə davam edəcəyik.

İcazələr

İş icazəsi

İş icazəsinin müddətinin uzadılması

Ailə vəziyyəti əsasında yaşayış vizasının əldə edilməsi

PAŞA Travel Miqrasiya Xidməti

 

150 ABŞ dolları

*Bu xidmətlərə səfirlik üçün tələb olunan məbləğ daxil deyil.

*Ödəniş geri qaytarılmır

Xidmətlərə daxildir:

  • Miqrasiya məsələləri ilə bağlı məsləhət
  • Sənədlərin yoxlanması
  • Sənədlərin qiymətləndirilməsi və hazırlanması
  • Ərizənin verilməsində dəstək
  • Vizanın verilməsi haqqında qərar qəbul edilənədək ərizənin statusuna nəzarət
  • Fərdi yenilənmələr
Əlaqə vasitələri

Bizimlə əlaqə saxlayın

Sualınız varmı?
Bizimlə əlaqə saxlayın.

Port Baku 151, Azərbaycan, Bakı, AZ1010
+994 12 404 10 90
+994 12 404 10 91