Xidmətlər

Görüşlər, Toy mərasimləri və Tədbirlər

"PAŞA Travel" şirkəti rəsmi ziyafətlər, əyləncəli ad günü şənliyi, yeni məhsulun təqdimatı, şirkətin əməkdaşları, müştəriləri və tərəfdaşları üçün dəbdəbəli ziyafət və istənilən başqa nüfuzlu tədbirlərin mükəmməl təşkil edilməsi ilə tanınır.

Şirkətimizin yaradıcı, müştərinin xəyallarını reallığa çevirən komandası məxsusi olaraq Sizin üçün təkrarolunmaz tədbir hazırlaya və təşkil edə bilər. Portfoliomuzda insanlar arasında ünsiyyətin qurulması üçün qısa tədbirlərdən tutmuş bütün gün davam edən kollektiv tədbirlərə qədər çoxsaylı təkliflər var. Tədbirin istər sadəcə əyləncəli olmasını, istərsə də korporativ təlim məqsədlərinə istiqamətlənməsini arzu edin – komandamız Sizin tələblərinizə ən yaxşı şəkildə uyğun gələn tədbir və çalışmaları böyük peşəkarlıqla təşkil edəcək.

Əlavə olaraq, biz toy mərasimlərinin planlaşdırılmasında eksklüziv tərəfdaşla işləyirik. Ona görə Sizin toy mərasiminiz məhz istək və arzunuza uyğun olaraq keçəcək.

Xidmətlər

Digər xidmətlər

Əlaqə vasitələri

Bizimlə əlaqə saxlayın

Sualınız varmı? Bizimlə əlaqə saxlayın.

Port Baku 151, Azərbaycan, Bakı, AZ1010
+994 12 404 10 90
+994 12 404 10 91