Biz şirkətinizin ehtiyaclarına uyğunlaşdırılmış işgüzar səfərlərin təşkil edilməsi ilə bağlı kompleks xidmətlər təklif edirik. Xidmətləri fərdlər, ya da böyük qruplar üçün təmin etməyimizdən asılı olmayaraq, Sizə müxtəlif sahələrdə peşəkar yardım göstərmək üçün müvafiq resurslarımız və təcrübəli işçilərimiz var.
"PAŞA Travel" şirkətinin müştərilərinə təklif etdiyi xidmətlər zəngin təcrübə, peşəkar işçi heyəti və çox sərfəli qiymətlərin vəhdətinə əsaslanır. Bu o deməkdir ki, şirkətimizin individual proqramları korporativ səfərlərin idarəedilməsi ilə bağlı ehtiyaclarınızı qarşılamaqla yanaşı, səyahətlərə sərf edilən ümumi xərclərinizi də azalda bilər.
Biletlər, oteldə nömrə sifarişləri, viza dəstəyi və günün 24 saatı, həftənin 7 günü Müştəri xidməti ilə bağlı sorğularınızı şirkətimizin Azərbaycan və Gürcüstanda yerləşən ofislərindəki Sizinlə ana dilinizdə danışan və istəklərinizə hər zaman həssas münasibət göstərən işçilərimizə etibar edin. Sizə Səyahət Siyasəti, Qrupun Təhlükəsizlik və SƏTTƏM (Sağlamlıq, Əmək Təhlükəsizliyi, Təhlükəsizlik, Ətraf-mühit) tələblərinə tamamilə cavab verən xidmət göstəriləcək.

Bakının retro üslubunda döşənilmiş lüks "Inturist" otelində keçirilən, müştərilərlə işgüzar əlaqələrin qurulması və möhkəmlənməsi məqsədi daşıyan böyük tədbirdə "PAŞA Travel" yeni məhsul və xidmətlərini təqdim etdi.