Rəylər

Müştərilərimiz

""PAŞA Travel" şirkətinin bizim səyahət sifarişlərimizlə məşğul olan əməkdaşları [bizə] həmişə yüksək keyfiyyətli xidmət göstərib. [Şirkətin nazirliyin ofisində çalışan əməkdaşları] onlara yönəlmiş sorğular aydın ifadə edilmədikdə belə, müştərinin istəklərinə həssas yanaşır və həmişə "qiymət-keyfiyyət nisbətinin" optimal olduğu xidmətlər təmin edir... Onlar bizə işgüzar səyahətlərin idarəedilməsi, hava, dəmiryolu və yerüstü nəqliyyatla səyahət, gəlmə turizmi, MICE, turpaketlər, viza və səyahət sığortası ilə bağlı kömək edir. [Biz] "PAŞA Travel"ın xidmətləri səmərəli, səriştəli və peşəkar formada təmin etdiyini düşünürük."

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

"PAŞA Travel" şirkətini bizə üç il bundan öncə tövsiyə ediblər və biz o vaxtdan bəri heç vaxt seçimimizdən peşmanlıq hiss etməmişik. Onlarla işləmək ilk gündən böyük həzzdir. Komanda çoxtərəfli və səmimidir, bizi həmişə səyahətçilərimizin gözləyə biləcəyi ən yüksək keyfiyyətli xidmətlə, qiymət və keyfiyyət baxımından ən yaxşı variantla təmin edir."

Kapital Bank ASC

"Bir neçə il bundan əvvəl kül buludları ilə əlaqədar problem yarananda "PAŞA Travel" şirkətində bütün işçilər əməkdaşlarımızın evlərinə salamat qayıtması üçün əlindən gələni etdi. Məsələ ondadır ki, onlar həqiqətən müştərilərinin qeydinə qalır və onlar üçün hər şeyin ən yaxşısını istəyir."

Azərbaycan Milli Paralimpiya Komitəsi

"Şirkətimiz "PAŞA Travel"ın xidmətlərindən 2012-ci ildən başlayaraq faydalanır. Biz onları peşəkar, nəzakətli və bazar haqqında hərtərəfli biliklərə malik olan bir komanda kimi tanıyırıq. "PAŞA Travel" çox sürətli iş görür, etibarımızı həmişə doğruldub və heç vaxt yardımını əsirgəməyib. Ən vacibi isə odur ki, onlar bizim inkişaf edən müəssisə olaraq həmişə yüksək xidmət standartları və ən yaxşı qiymət axtarışında olduğumuzu unutmur. Biz "PAŞA Travel"la yaxın əməkdaşlıqdan, yeni sistemlər haqqında müntəzəm şəkildə verilən məlumatlar, məsləhət və seminarlardan və şirkətin təklif etdiyi səyahət seçimlərindən çox məmnunuq."

SOCAR Cape" MMC

"PAŞA Travel" 2008-ci ildən başlayaraq bizim korporativ səyahətlər üzrə agentimiz olub, bu müddətdə bizi səyahətlə bağlı bütün məsələlərdə mükəmməl dəstəklə təmin edib. O vaxtdan bəri onların peşəkar yanaşması, daha böyük uğurlara nail olmaq həvəsi və müştərinin istəklərinə qarşı həssaslığı ilə yaxından tanış olmuşuq."

McDonalds Azərbaycan

"Peşəkar futbol assosiasiya olduğumuzdan bəzən qrup səyahəti üzrə planlarımızı gedişdən bir neçə gün, hətta bir neçə saat öncə dəyişdirməli oluruq. Lakin bizim "PAŞA Travel" şirkəti ilə əməkdaşlığımız belə hallarda bizi qoruyur və alternativ səyahət marşrutları tələbimizə əsasən vaxtında hazır olur."

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

""PAŞA Travel" 5 il bundan əvvəl otelimiz açıldığı gündən bizə əvəzedilməz dəstək göstərib və onun səyahətlə əlaqədar bütün xidmətlərini hər kəsə təkidlə tövsiyə edirik. "PAŞA Travel" komandası müştərinin tələblərinə tam uyğun, effektiv və ən əsası, etibarlı xidmətlər göstərir – bunlar hər kəsin axtarışında olduğu keyfiyyətlərdir. Münasibətlərimizin və əməkdaşlığımızın davamını səbirsizliklə gözləyirik."

"JW Marriott Abşeron" Otel

Əlaqə vasitələri

Bizimlə
əlaqə saxlayın

Sualınız varmı?
Bizimlə əlaqə saxlayın

Port Baku 151, AZ1010, Bakı, Azərbaycan
+994 12 404 10 90
+994 12 404 10 91