Xidmətlər

İndividual Səyahət

"PAŞA Travel" şirkəti həm qruplara, həm də fərdlərə Azərbaycan və Gürcüstanın hər yerinə individual səyahət proqramları təklif edir. Tərəfdaşlarımızdan biri kimi Siz məhz Sizin üçün ayrılmış müştərilərlə iş üzrə menecerin şəxsən Sizə göstərdiyi xidmətdən faydalana bilərsiniz. Turizm sahəsində böyük təcrübəsi olan məsləhətçilərdən ibarət peşəkar komandamız marşrutların planlaşdırılması, sorğuların cavablandırılması və gündəlik əməliyyatların uzlaşdırılmasında Sizə yardım göstərəcək. Biz aşağıdakı xidmətləri göstəririk: 

  • Oteldə nömrənin, aviabilet və dəmiryolu biletlərinin sifariş edilməsi
  • Nəqliyyatla transfer
  • Vizanın alınması ilə bağlı rəsmi işləmlər
  • Qarşılama xidmətləri
  • Muzey və sərgilərə giriş
  • Teatr, konsert, festival və idman tədbirlərinə bilet
  • VIP biletlər, xüsusi giriş hüququ və qapalı baxış
  • Səyahət sığortası
  • Hava limanında VIP sərnişinlər üçün zalda yerin sifariş edilməsi və pasport nəzarətinin sürətləndirilməsi
  • Səyahət zamanı fövqəladə hallarda 24/7 yardım

Biz kimik?

Xidmətlərimiz