Niyə biz?

ISO sertifikatı almış peşəkar və mötəbər şirkət

"PAŞA Travel" Azərbaycanda Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) akkreditasiyasından keçmiş və Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) sertifikatını almış yeganə çoxprofilli turizm təşkilatıdır və eyni zamanda Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (ICCA) üzvüdür. 2003-cü ildən başlayaraq fəaliyyət göstərən "PAŞA Travel" Azərbaycanın ən böyük, dinamik inkişaf edən və hörmət qazanmış şirkətlər qrupu olan "PAŞA Holdinq"in tərkibinə daxildir.

"PAŞA Travel" ölkəmizdə və qonşu Gürcüstanda geniş tərəfdaş şəbəkəsinə sahibdir. Şirkət dünyanın müxtəlif yerlərindən olan operatorlarla əməkdaşlıq etməsi ilə öyünə bilər. İşgüzar görüşlərin təşkil edilməsində böyük təcrübəyə malik olan şirkətimiz biznes səyahətlərinin təşkil edilməsi zamanı ən tələbkar müştəriləri belə qane edə biləcək geniş çeşidli xidmətlər təklif edir.

Təsisçilərimiz

PAŞA Holdinq

Azərbaycanın ən böyük şirkət qruplarından biri olan "PAŞA Holdinq" yardımçı şirkətləri vasitəsilə bank, sığorta, tikinti sahələri, daşınmaz əmlak inşaatı, ticarət mərkəzləri, pərakəndə satış, otelçilik və turizmə sərmayə qoyur. Dinamik inkişaf edən və böyük hörmət qazanmış "PAŞA Holdinq" Qrupunun işgüzar fəaliyyəti effektiv idarəetmə, şirkətdaxili münasibətlərin qurulması və sərmayə qoyuluşları ilə bağlı düşünülmüş qərarların verilməsinə əsaslanır.

Bu cür sağlam əlaqələr üzərində qurulmuş holdinqin tərkib hissəsi olan "PAŞA Travel" müştərilərinə sərfəli qiymətlərdə yüksək keyfiyyətli məhsullar təklif edir.

Bizim komanda

Menecment komandası

Anar Rəhmanov

Baş Direktor

Anar 2007-ci ildən başlayaraq "PAŞA Travel" şirkətində baş direktor vəzifəsini icra edir. Onun böyük təcrübəsi və sahə haqqında zəngin bilikləri yüksək səviyyəli strategiya ilə gündəlik əməliyyatların mükəmməl icrası arasında müvazinət yaratmasına kömək edir. Şirkətdə işə başlamazdan öncə, o, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında VIP sərnişinlər üçün Zalda və Biznes Aviasiya şöbəsində işləyib. O, Azərbaycan Beynəlxalq Universitetində "Hüquq", Milli Aviasiya Akademiyasında isə "Yerüstü texniki xidmət" ixtisası üzrə təhsil alıb.

Əzizə Seyidova

Marketinq və kommunikasiya üzrə Baş Direktor

Korporativ əlaqələrlə bağlı iyirmi ildən çox təcrübəsi sayəsində Əzizə praktik yanaşması olan hərtərəfli, analitik düşüncəli və təcrübəli komanda üzvüdür. O, karyerası boyunca maraqlı və fərqli vəzifələri yerinə yetirib. O, yaradıcı düşüncəsi və hər zaman inkişaf etməsi ilə işlədiyi ilk illərdə olduğu kimi indi də işində güclü motivasiya nümayiş etdirir. Əzizənin xarakterində vizual təsəvvür və yazı işində mükəmməl zövq və səyahət etmək sevgisi bir araya gəlir.

İldırım Qənbərov

Baş direktor müavini

İldırım ABŞ-ın "Conson və Uels" Universitetini "Qonaqpərvərlik biznesinin idarəedilməsi" ixtisası üzrə bitirib və baş direktor müavini yerinə yetirir. Onun zəngin təcrübəsi, ünsiyyətliliyi, vətən sevgisi və biznes hədəflərinə daima nail olmaq həvəsi Azərbaycanı səyahət və biznes istiqaməti kimi təbliğ edərkən mükəmməl nəticələr əldə etməsinə kömək edir.

Bizimlə Tərəfdaş olun

İdeal tərəfdaş

Biznesiniz "PAŞA Travel"lə tərəfdaşlıqdan faydalana bilərmi? Biznesin inkişafı üzrə komandamız həyatınıza sadəlik və komfort gətirə bilər. Rəsmi fəaliyyət göstərən səyahət agentlikləri və korporativ şirkətlərə hər ikimiz üçün sərfəli olacaq əməkdaşlıq və tərəfdaşlıq imkanları təklif edə bilərik. Biz zəngin təcrübəmiz və geniş tərəfdaş şəbəkəmizdən istifadə edərək artıq 200-dən artıq korporativ müştəriyə xidmət göstərir və dünyanın 850 aparıcı səyahət agentliyi ilə, eləcə də çox sayda assosiasiyalar, səyahət şirkətləri və xidmət təchizatçıları ilə əməkdaşlıq edirik. Bizim ailəmizə qoşulun! Bunun üçün sadəcə bizə sorğu göndərin, biz isə qısa təklif siyahısı ilə və istənilən sualınızı cavablandıraraq sizinlə əlaqə saxlayacağıq. Uğurlu tərəfdaşlığın yaradılması problemsiz keçə və sizin üçün həqiqətən faydalı təcrübə ola bilər.

Dəyərli tərəfdaş

Biz regional ekspertlər və qlobal turizm ictimaiyyətində tanınmış tərəfdaşıq.

Əlaqə vasitələri

Bizimlə Əlaqə
Saxlayın

Sualınız varmı? Bizimlə əlaqə saxlayın.

Port Baku 151, AZ1010, Bakı, Azərbaycan
+994 12 404 10 90
+994 12 404 10 91