Bizə müraciət etsəniz, təcrübəli viza mütəxəssislərimiz viza üçün müraciət prosesinin əvvəlindən sonuna qədər Sizə yol göstərəcək və kömək edəcək.
Sizin adınızdan lazımi ərizə formalarını hazırlayacaq və Sizin tələb olunan digər sənədləri hazırlamağınıza kömək edəcəyik. Sizdən tələb olunan yeganə şey sənədin altında imza atmaq olacaq.
Şirkətimizin fotoqraf xidməti ərizə şəklinizin müvafiq ölkənin səfirliyinin şəklin ölçüsü, fonu və keyfiyyəti ilə əlaqədar tələblərinə cavab verməsini təmin edir.
Mütəxəssislərimiz sənədlərinizi təqdim etməzdən öncə sənədlərdəki məlumatları yoxlayacaq və hər şeyin düzgün olmasını və müvafiq ərizə üçün uyğun formada təqdim edilməsini təmin edəcək.
Buna icazə verilən hallarda sənədləri Sizin adınızdan təqdim edəcəyik. Səfirlik ərizəçinin şəxsən gəlməsini tələb etdiyi təqdirdə biz görüşü təşkil edə və Sizi müşayiət edə bilərik.
Şirkətimizin "Ekspress xidməti" çərçivəsində agentlərimiz sənədlərinizi götürmək üçün qapınıza qədər gəlir və viza hazır olduqda onları Sizə çatdırır.
Biz viza rəsmiləşdirilməsi üçün iki rahat xidmət paketi təklif edirik: sənədləri evinizdən və ya ofisinizdən götürüb Sizə çatdırdığımız və ya sənədləri özünüzün gətirib-götürdüyünüz xidmət. Qiymətlərimizə rəsmiləşdirmə işləri və xidmət daxil olsa da, səfirlik tərəfindən tələb edilən xidmət haqları daxil deyil. Viza üçün müraciətin çətinliklərlə müşayiət olunduğu konkret hallarda əlavə ödəniş tələb edilə bilər.
Daxildir:
Daxildir: