"PAŞA Travel" korporativ müştərilər üçün səyahətin tam planlaşdırılması üçün kompleks xidmətlər təklif edir. İşgüzar səyahətlərinizin sürətlə təşkil edilməsi, problemsiz və səmərəli keçməsi üçün xidmətlərimizdən istifadə edin.
Səyahət siyasəti üzrə təhlillərimiz, büdcə qiymətləndirmələrimiz və səyahətlə bağlı tövsiyələrimiz Şirkətinizin pul və vaxtına daha çox qənaət etməyə kömək edə bilər.
Hər bir korporativ müştərimizə fasiləsiz, yüksək keyfiyyətli xidmət təmin etmək üçün dünya səviyyəli hazırlıq və təcrübəyə malik xüsusi agent qrupu təyin edilir.
Səyahət qrafiki, gözləmə siyahısı, reysdə yer və ya yerləşmədə hər hansı dəyişiklik baş verdikdə müştərilər işgüzar səyahət planı haqqında bildirişlər vasitəsilə dərhal məlumatlandırılır.
Sizin üçün ayrılmış müştərilərlə iş üzrə menecer səyahətlərinizin rüblük təhlilini aparacaq, Sizə tövsiyələr verəcək və sahənin yeniliklərini Sizə çatdıracaq.
Başqa agentliklərin əksəriyyəti bunu kənar icraçılara həvalə edir, "PAŞA Travel" şirkətinin isə günün 24 saatı həftənin 7 günü keyfiyyətli müştəri xidməti təklif edən xidmət şöbəsi var.
Korporativ müştərilər üçün eksklüziv qiymətlər və promo aksiyalar haqqında məlumatı aylıq bülletenlərimizdən əldə edin.
Korporativ müştərilərlə iş üzrə mütəxəssis
Azərbaycan və Gürcüstan
[email protected]
Nigar Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi İqtisadiyyat fakültəsini bitirib. Daha universitet illərində , peşəkar həyatına Azərbaycanın Turizm və Böyük otellər şəbəkəsinin birində satış təmsilçisi kimi başlayıb. Korporativ müştərilərlə iş komandasını təmsil edən Nigarın turizm və otelçilik sahəsində 4 ildən çox təcrübəsi var. O, müştərilərə peşəkarcasına planlaşdırılmış, mükəmməl xidmətlər təklif edir və onların maraqlarını hər zaman qoruyur. Nigarın əsas vəzifəsi potensial müştəriləri "PAŞA Travel"ın təklif etdiyi unikal imkanlar haqqında məlumatlandırmaq, müştərilərlə əlaqələr yaradıb saxlamaqdır.