"PAŞA Travel" Azərbaycanda Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) akkreditasiyasından keçmiş və Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) sertifikatını almış yeganə çoxprofilli turizm təşkilatıdır və eyni zamanda Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (ICCA) üzvüdür. 2003-cü ildən başlayaraq fəaliyyət göstərən "PAŞA Travel" Azərbaycanın ən böyük, dinamik inkişaf edən və hörmət qazanmış şirkətlər qrupu olan "PAŞA Holdinq"in tərkibinə daxildir.
"PAŞA Travel" ölkəmizdə və qonşu Gürcüstanda geniş tərəfdaş şəbəkəsinə sahibdir. Şirkət dünyanın müxtəlif yerlərindən olan operatorlarla əməkdaşlıq etməsi ilə öyünə bilər. İşgüzar görüşlərin təşkil edilməsində böyük təcrübəyə malik olan şirkətimiz biznes səyahətlərinin təşkil edilməsi zamanı ən tələbkar müştəriləri belə qane edə biləcək geniş çeşidli xidmətlər təklif edir.
Azərbaycanın ən böyük şirkət qruplarından biri olan "PAŞA Holdinq" yardımçı şirkətləri vasitəsilə bank, sığorta, tikinti sahələri, daşınmaz əmlak inşaatı, ticarət mərkəzləri, pərakəndə satış, otelçilik və turizmə sərmayə qoyur. Dinamik inkişaf edən və böyük hörmət qazanmış "PAŞA Holdinq" Qrupunun işgüzar fəaliyyəti effektiv idarəetmə, şirkətdaxili münasibətlərin qurulması və sərmayə qoyuluşları ilə bağlı düşünülmüş qərarların verilməsinə əsaslanır.
Bu cür sağlam əlaqələr üzərində qurulmuş holdinqin tərkib hissəsi olan "PAŞA Travel" müştərilərinə sərfəli qiymətlərdə yüksək keyfiyyətli məhsullar təklif edir.
Biznesiniz "PAŞA Travel"lə tərəfdaşlıqdan faydalana bilərmi? Biznesin inkişafı üzrə komandamız həyatınıza sadəlik və komfort gətirə bilər. Rəsmi fəaliyyət göstərən səyahət agentlikləri və korporativ şirkətlərə hər ikimiz üçün sərfəli olacaq əməkdaşlıq və tərəfdaşlıq imkanları təklif edə bilərik. Biz zəngin təcrübəmiz və geniş tərəfdaş şəbəkəmizdən istifadə edərək artıq 200-dən artıq korporativ müştəriyə xidmət göstərir və dünyanın 850 aparıcı səyahət agentliyi ilə, eləcə də çox sayda assosiasiyalar, səyahət şirkətləri və xidmət təchizatçıları ilə əməkdaşlıq edirik. Bizim ailəmizə qoşulun! Bunun üçün sadəcə bizə sorğu göndərin, biz isə qısa təklif siyahısı ilə və istənilən sualınızı cavablandıraraq sizinlə əlaqə saxlayacağıq. Uğurlu tərəfdaşlığın yaradılması problemsiz keçə və sizin üçün həqiqətən faydalı təcrübə ola bilər.