İstər ölkənin daimi sakinlərinə, istərsə də Azərbaycana geniş MICE imkanlarından istifadə etmək üçün gələnlərə, “PAŞA Travel”in peşəkar komandası hər şeyin qaydasında keçməsini təşkil edəcək.
"PAŞA Travel" komandasının əməkdaşların qarşılarına qoyulan məqsədə nail olduqlarına görə mükafatlandırılması və ya konfransda əlavə imkanların yaradılması üçün hazırladığınız tədbirə şənlik qatacaq, ya da korporativ tədbirə unudulmaz sonluq əlavə edəcək saysız-hesabsız ideyaları var.
Bakı Formula 1 Qran Pri, Avropa Oyunları və "Eurovision" Mahnı Müsabiqəsi kimi bir çox irimiqyaslı tədbirlərə ev sahibliyi etməklə yanaşı müxtəlif idman və mədəniyyət tədbirlərinin təşkil edilməsində böyük təcrübəmiz var. Biz sürəti sevirik, ona görə də at minmə, kartinq, cip-safari, hətta Sovet dövrünün retro avtomobillərinin yarışı bizim üçün böyük imkanlar deməkdir. Peşəkar komandamız hər zaman müştərilərimizin zövqünü oxşayacaq qeyri-adi tədbirlərin axtarışındadır.
Komanda ruhunun yüksəldilməsi üçün çalışma və macəraların xüsusilə də adi iş yerinin hüdudları xaricində reallaşdırılması fərqli şəxsiyyətlərdən ibarət bir qrupun yekdil komandaya çevrilməsi üçün əvəzedilməzdir. Mozaikanın parçaları bir araya gələrək heyrətamiz ahəngə malik şəkli formalaşdırdığı kimi, çətinliklər də işçilərinizin qurumun bütün potensialını açmaq uğrunda bir-biri ilə daha yaxşı əməkdaşlıq etməsi üçün yeni yollar tapmasına kömək edə bilər.
Bizim komanda ruhunun yüksəldilməsi üçün ideyalarımız işçilərin özlərini inkişaf etdirməsini təbliğ edir, komanda daxili əlaqələri, komanda işini, liderlik bacarıqlarını və problemlərin effektiv həllini təkmilləşdirir, habelə komandanın işinə əməkdaşlar, nümayəndələr və müştərilərin həzz ala biləcəyi əyləncə qatır.