Sizə viza lazımdır? İstər xaricə getməyə hazırlaşan Azərbaycan vətəndaşı olun, istərsə də başqa ölkədən Azərbaycana gəlin – hər iki halda "Paşa Travel" şirkətinin viza komandası Sizə yardım edə bilər.
Azərbaycana gəlmək üçün ən rahat imkan. Əməkdaşlarımızın peşəkar yanaşmasından və Sizə yardım etməyə hər zaman hazır olmasından faydalanaraq 30 günlük elektron vizanızı cəmi dörd günə əldə edin.
Müxtəlif işgüzar vizalar (180 günədək müddəti olan çoxdəfəlik vizalar) yalnız nazirliyin dəvəti əsasında verilir, lakin biz rəsmiləşdirmə işlərini xeyli sürətləndirə və sənədləşdirmədə Sizə kömək edə bilərik.
İşləmək, sərmayə qoymaq üçün, ya da ailə işləri ilə əlaqədar Azərbaycanda standart turist vizasının imkan verdiyi müddətdən daha çox qalmaq istəyirsinizsə, narahat olmayın... Sizə kömək edə bilərik.
Azərbaycan vətəndaşları və ya iş yeri ilə əlaqədar ölkəmizdə yaşayan əcnəbilər hara getmək istəsələr, "PAŞA Travel" şirkətinin mütəxəssisləri lazımi vizaları və sənədləşmə işlərini təşkil edərək onlara dəstək olacaq.
Şirkətimizin peşəkar viza agentləri Sizə bunları təklif edir: