"PAŞA Travel" həm Azərbaycana və Gürcüstana gələn turistlərə, həm də dünyanın müxtəlif yerlərinə işgüzar və şəxsi məqsədlər üçün səyahət edənlərə tayı-bərabəri olmayan keyfiyyətli xidmət təklif edir. Problemlərin həllinə yaradıcı yanaşan, iddialı işçilərdən ibarət komandamız işgüzar səyahətinizin fərdi sifariş əsasında təşkil edilməsində yardımçı olur, eləcə də sizin üçün səyahətləri planlaşdırır, müxtəlif tədbirlərin keçirilməsi üçün ideyalar verir, görüşlər, həvəsləndirici turlar, konfranslar və sərgilərin keçirilməsi üçün xidmət paketləri təklif edir və turizm sahəsində bir çox başqa xidmətlər təqdim edir.
Müxtəlif turizm məkanlarının gözəlliyindən həzz almaq, istirahət etmək, ya da əylənmək istəyirsinizsə, "PAŞA Travel" sizin üçün dünyanın ən maraqlı yerlərinə unudulmaz səyahət təşkil edə bilər.
Bir çox dildə danışan, yüksək kvalifikasiyalı işçilərin çalışdığı "PAŞA Travel" uzun illər turizm sahəsində fəaliyyət göstərib. Biz işgüzar səyahətlərinizdə bütün problemləri aradan qaldıraraq etibarınızı qazanacaq bir şirkətik.
Yüksək keyfiyyətli xidmət arzusundasınızsa, Azərbaycan, Gürcüstan və dünyanın başqa ölkələrinin ən görməli yerlərində olmaq və ən yaxşı təkliflərindən faydalanmaq üçün səfərinizin təşkilini "PAŞA Travel" şirkətinə etibar edin.
Toy məclislərindən tutmuş korporativ görüşlərə, VIP ziyafətlərdən tutmuş komandanın qurulması üçün tədbirlərə qədər hər şeyi bizə etibar edə və mükəmməl nəticədən həzz ala bilərsiniz.
Fərdi konsyerj xidmətimiz sizə səyahət agentliklərinin standart xidmətlərinin hüdudundan kənara çıxan, məhz sizin tələb və gözləntilərinizə uyğunlaşdırılmış xidmətdən faydalanmaq imkanı verir.
Azərbaycan gəlirsiniz, ya da başqa ölkəyə gedirsiniz? Səfəriniz hara olur-olsun, viza komandamız sənədləşmə ilə bağlı problemlərinizi azaltmaq üçün əlindən gələni edəcək
Başqa agentliklərin əksəriyyəti müştəri xidmətinin təmin edilməsi üçün kənar şirkətlərə müraciət edir. "PAŞA Travel" şirkətinin isə günün 24 saatı həftənin 7 günü fəaliyyət göstərən müştəri xidmət şöbəsi var.
Siz şirkətimizin təklif etdiyi səyahət paketlərinin tərkib hissəsi kimi partnyor şirkətimiz "PAŞA Sığorta" ASC-nin Azərbaycanda və xaricdə səyahət edənlər üçün sığorta təminatından faydalanmaq imkanına sahib olacaqsınız.
"PAŞA Travel" şirkətinin müştərilərinə MyDutyFree.net saytı vasitəsilə sifariş etdikləri məhsullarda 12% endirim edilir və onlar endirim məbləğini Azərbaycanı tərk edərkən Bakı Hava Limanında ala bilirlər.
"PAŞA Travel" şirkəti Azərbaycanda fəaliyyət göstərsə də, Gürcüstandakı filialı vasitəsilə də peşəkar, geniş çeşidli turizm xidmətləri göstərir.
Əmin ola bilərsiniz ki, "PAŞA Travel" turoperatorlar və səyahət agentliklərinin məsuliyyətinin sığortalanması çərçivəsində tam sığorta təminatına malikdir.
Müştərilərimiz Bakının seçilmiş restoran və mağazalarında 20%-dək endirimdən faydalana bilər.