Viza xidmət paketlərimiz

Biz bütün hüquqi rəsmiləşdirmə işlərini Sizin əvəzinizə yerinə yetirir və Sizi prosesin hər bir mərhələsi haqqında fərdi qaydada məlumatlandırırıq. Sizin sənədlərinizi ev/ofis ünvanınızdan götürüb, daha sonra Sizə çatdırmağımızı istəyib-istəməməyinizdən asılı olaraq iki cür viza xidmət paketimiz var. Qeyd edək ki, göstərilən qiymətlər sadəcə xidmətlərimiz üçündür – onlar geri qaytarılmır və səfirlik tərəfindən tələb edilən xidmət haqlarını əhatə etmir.

 

Standard Xidmət

"PAŞA Travel" Viza

*Qiymət səfirlik tərəfindən tələb edilən xidmət haqlarını əhatə etmir
*Ödəniş geri qaytarılmır

USD 90*

Üstünlüklər
  • Sənədlərinizin əslini baş ofisimizə təqdim edin. 
  • Biz sənədlərinizi nəzərdən keçirəcək və yoxlayacağıq.
  • Hər şey qaydasındadırsa, ərizəni hazırlamağa kömək edəcəyik.
  • Sənədləri səfirliyə Sizin adınızdan təqdim edəcəyik.
  • Səfirlik viza verilməsi üçün müsahibə aparılmasını tələb edirsə, biz Sizin üçün görüş təyin edəcək və həmin gün Sizə kömək edəcəyik.
  • Viza hazır olduqda, onu səfirlikdən götürəcəyik.
  • Siz vizanı ofisimizdən götürəcəksiniz.

Vizanın evinizə qədər çatdırılması

*Qiymət səfirlik tərəfindən tələb edilən xidmət haqlarını əhatə etmir
*Ödəniş geri qaytarılmır

USD 150*

Əlavə xidmətlər
  • Sizin üçün rahat olan vaxt təyin edin.
  • Mütəxəssisimiz göstərdiyiniz ünvana gələcək.
  • Biz sənədlərinizi nəzərdən keçirəcək və yoxlayacağıq.
  • Hər şey qaydasındadırsa, ərizəni hazırlamağa kömək edəcəyik.
  • Sənədləri səfirliyə Sizin adınızdan təqdim edəcəyik.
  • Səfirlik viza verilməsi üçün müsahibə aparılmasını tələb edirsə, biz Sizin üçün görüş təyin edəcək və həmin gün Sizə kömək edəcəyik.
  • Biz vizanı götürüb göstərdiyiniz ünvana çatdıracağıq.
Əlaqə vasitələri

Bizimlə əlaqə saxlayın

Sualınız varmı?
Bizimlə əlaqə saxlayın.

Port Baku 151, Azərbaycan, Bakı, AZ1010
+994 12 404 10 90
+994 12 404 10 91