Anar Rəhmanov

Baş Direktor
Azərbaycan, ingilis, rus dili bilikləri

Tərcümeyi-hal

Anar 2007-ci ildən başlayaraq "PAŞA Travel" şirkətində baş direktor vəzifəsini icra edir. Onun böyük təcrübəsi və sahə haqqında zəngin bilikləri yüksək səviyyəli strategiya ilə gündəlik əməliyyatların mükəmməl icrası arasında müvazinət yaratmasına kömək edir. Şirkətdə işə başlamazdan öncə, o, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında VIP sərnişinlər üçün Zalda və Biznes Aviasiya şöbəsində işləyib. O, Azərbaycan Beynəlxalq Universitetində "Hüquq", Milli Aviasiya Akademiyasında isə "Yerüstü texniki xidmət" ixtisası üzrə təhsil alıb.

Səyahətçilərə tövsiyəm

Anar səyahətçilərə "qış tətilini keçirməklə" bağlı tövsiyə verir. Azərbaycanın şimalında, Böyük Qafqaz dağlarının ətəklərində nağılvarı bir gözəllik ilin bütün fəsillərində Şahdağ Qış-Yay Turizm Kompleksinə hakim olur. Lakin yanvar ayında, temperatur -20°C-dən aşağı olanda bu yerlər xüsusi cazibəyə sahib olur. Müasir və yeni Şahdağ istirahət mərkəzi turistlərə xizək və snoubord sürmək üçün ideal şərtlər təklif edir.