İldırım Qənbərov

Baş direktor müavini
Azərbaycan, ingilis, rus dili bilikləri

Tərcümeyi-hal

İldırım ABŞ-ın "Conson və Uels" Universitetini "Qonaqpərvərlik biznesinin idarəedilməsi" ixtisası üzrə bitirib və Biznesin İnkişafı Şöbəsində beynəlxalq müştərilərlə iş üzrə menecer vəzifəsini yerinə yetirir.  Onun zəngin təcrübəsi, ünsiyyətliliyi, vətən sevgisi və biznes hədəflərinə daima nail olmaq həvəsi Azərbaycanı səyahət və biznes istiqaməti kimi təbliğ edərkən mükəmməl nəticələr əldə etməsinə kömək edir.

Səyahətçilərə tövsiyəm

Azərbaycanın cənubunda yerləşən Talış dağlarının yüksəkliklərində kiçik, az tanınan Halabin kəndində özünüzü "itirilmiş dünyada" imişsiniz kimi hiss edəcəksiniz. Dağ zirvələrinin və yarımsəhra landşaftının təzadlı görünüşü, həmçinin Talış qonaqpərvərliyi Sizə şəhər mühitinin xaosundan uzaqda stresssiz və xoş istirahətdən həzz almaq imkanı verəcək.