Fəridə Abdullayeva

VIP Səyahətlər üzrə direktorun müavini
Rus, ingilis, Azərbaycan dili bilikləri

Tərcümeyi-hal

Səyahət etməyi uşaqlığından bəri sevən Fəridə 15 ildən çoxdur turizm sahəsində işləyir. Bu müddətdə təəssüf və ya darıxmaq hissi ona yad olub. O, "PAŞA Travel" komandasına 2007-ci ildə qoşulub. O, çoxillik təcrübəsi və nailiyyətləri ilə fəxr edir və "PAŞA Travel" şirkətinin komanda və peşəkarlıq ruhundan həzz alaraq çalışır. Fəridə özü də həvəsli tennisçi olduğundan bir sıra tennis tədbirlərini Bakıya gətirməyin "PAŞA Travel" şirkətinə müyəssər olmasından böyük məmnunluq hiss edir.

Səyahətçilərə tövsiyəm

Fəridə doğma şəhəri ilə qürur duyan bakılıdır. Onun sevimli istirahəti Abşeron yarımadasının çimərliklərində armudu stəkanda çay içərək günəşin qürub etməsinə tamaşa etməkdir. Bundan yaxşı nə ola bilər?!