Minirə İmranbəyli

Baş Direktorun İcraçı Köməkçisi
Azərbaycan, türk, rus, ingilis dili bilikləri

Tərcümeyi-hal

Minirə Bülbül Musiqi Məktəbini bitirəndə iki seçim arasında qalmışdı. O, peşəkar skripka ifaçısı olmaq əvəzinə, diplomatiya karyerasını seçdi və bununla karyera həyatı üçün ilk vacib qərarını vermiş oldu. Minirənin turizm sahəsində karyerası tədbirlərin idarəedilməsi ilə məşğul olan şirkətdə səyahət mütəxəssisi kimi işlədiyi 7 aylıq müddətlə başladı. Lakin onun ən böyük və vacib qərarı "PAŞA Travel" şirkətinə keçmək oldu. Şirkətimizdə dörd illik iş təcrübəsinə malik olan Minirə hazırda VIP səyahətlər üzrə məsləhətçi vəzifəsini yerinə yetirirdi. Minira hazırda Baş Direktorun İcraçı Köməkçisi vəzifəsini icra edir.

Səyahətçilərə tövsiyəm

Minirə üçün Bakı dənizdən əsən mehin xəfif təsiri ilə insanın qəlbinə toxunan, keçmişlə indinin bir araya gəldiyi yüz addımlıq bir yerdə zaman səyahəti təəssüratı oyadan canlı şeirdir. O, həm açıq bir  kitab, həm də insanın bütün sirlərinə agah olması mümkün olmayan, heç vaxt usanmayacağı əsrarəngiz bir yerdir.