Günel Ramazanova

Mühasib
Rus, Azərbaycan, ingilis, türk dili bilikləri

Tərcümeyi-hal

"PAŞA Travel" şirkətində 2008-ci ildən başlayaraq çalışan Günel şirkətdə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası ilə əlaqə yaradan şəxsdir və BSP ödənişləri və sövdələşmələri üçün məsuliyyət daşıyır. O, strategiyaların qəbul edilməsi, hazırlanması və icra edilməsində böyük təcrübəyə malikdir. Hər zaman qətiyyət və inamla hərəkət edən Günel rahatlıqla təkbaşına işləyir, lakin komandada da özünü yaxşı iştirakçı kimi göstərir. 2010-cu ildə Günel "Headstart International"ın "Maliyyə mühasibat uçotu və Menecment" təlimində iştirak edib ACCA F3 imtahanından keçib. Bu, onun çoxsaylı sertifikatları, təcrübəsi və fərdi keyfiyyətlərindən sadəcə biridir.

Səyahətçilərə tövsiyəm

Günel Azərbaycanın demək olar ki, bütün regionlarına səyahət edib, lakin onun sevimli istirahət yeri Nabrandır. Dəniz sahilinin meşə ilə xoş vəhdəti, sahili yuyan dalğaların ağaclara qədər uzanması, ağacların kölgəsində ləziz yerli yeməkləri süfrəyə verən romantik restoranlar buraya xüsusi cazibə verir.