Esmira Nurməmmədova

Korporativ bronlaşdırma üzrə menecer
Azərbaycan, rus, ingilis, fransız (ibtidai səviyyədə) dili bilikləri

Tərcümeyi-hal

Esmira səyahət və turizm sahəsində 13 ildən çox çalışıb. O, "PAŞA Travel" şirkətinə 2008-ci ildə qoşulub və hazırda korporativ bronlaşdırma üzrə menecerdir. O, korporativ müştərilər üçün biznes təhlilini həyata keçirir, habelə bilet sifarişi, biletlərin təqdim edilməsi və xərclərin razılaşdırılması ilə məşğul olur və səyahətin təhlükəsizliyi ilə bağlı məsələlərə nəzarət edir. Esmira Azərbaycan Dillər Universitetində bakalavr və magistr dərəcəsi alıb. Onun "Galileo" və "British Airways" sistemləri üzrə sertifikatı var.

Səyahətçilərə tövsiyəm

Azərbaycanın şimalında yerləşən Xaçmaz rayonu meyvə bağları ilə məşhurdur. Bunu Xaçmaz şəhərindəki nəhəng alma heykəlindən, şəhərətrafı ərazilərdəki mənzərəli, təbii bağlardan hiss etmək olar. Rayonda bir sıra tarixi yerlər də var.