Anita Zalova

Şöbə meneceri
Azərbaycan, rus, ingilis, türk dili bilikləri

Tərcümeyi-hal

"PAŞA Travel" şirkətində Bakı şəhəri üzrə turların təşkil edilməsi şöbəsinə rəhbərlik edən Anita marketinq, ictimaiyyətlə əlaqələr və müştərilərlə iş kimi geniş vəzifə öhdəliklərinə sahibdir. O, daima mükəmməlliyə can ataraq həm müştərilərin gözləntilərini, həm də şirkətimizin hədəflərini üstələməyə nail olur. Anita "PAŞA Travel" MMC-də işləməyə 2003-cü ildə viza və miqrasiya dəstəyi üzrə aparıcı agent kimi başlayıb. O, Azərbaycan Dövlət İqtisad Universitetində "Biznes İnzibatçılığı və Menecment" ixtisası üzrə bakalavr səviyyəsində təhsil alıb.

Səyahətçilərə tövsiyəm

Azərbaycanın çoxəsrlik tarixi olan çay mədəniyyəti hər bir azərbaycanlı üçün həyatın ayrılmaz hissəsidir. Bu gümrahlıq bəxş edən içki Azərbaycanda qonaqpərvərlik rəmzidir. Ona görə də, ölkənin ən böyük çay plantasiyalarının ənənəvi olaraq yerləşdiyi Lənkəran-Astara zonasına səfər etməklə Azərbaycanı, buranın adətlərini daha yaxşı başa düşmək olar. Çayın istehsalı prosesi ilə tanış olmaq üçün buradakı fabriklərə baş çəkə və əlbəttə ki, yerli çayxanalarda süfrəyə nazik limon dilimləri ilə verilən, armudu stəkanlara süzülmüş pürrəngi çayla dincələ bilərsiniz. Yeri gəlmişkən, burada limon da yetişdirilir.