İsgəndər Əliyev

Qonaqlara xidmət üzrə agent
Azərbaycan, ingilis, ərəb, türk, fars, rus dili bilikləri

Tərcümeyi-hal

Peşəkar turizm bələdçisi olan İsgəndər "PAŞA Travel" şirkətinin "JW Marriott" ofisində qonaqlara xidmət üzrə agentdir. O, uzun və rəngarəng karyerası boyunca San-Dieqoda (ABŞ) turizm bələdçisi, radio aparıcısı və frilans hüquqşünas kimi işləyib. O, turistlərlə işləməyi, onların Azərbaycanı kəşf etməkdən doğan xoşbəxtlik və həyəcanına şahid olmağı sevir.

Səyahətçilərə tövsiyəm

Dini yerləri görmək üçün Yerusəlimə, ya da İstanbula getməyinizə ehtiyac yoxdur – qədim Bakı şəhərində müxtəlif dinlərin qonşuluğundan doğan qeyri-adi dini abidələr var. Tarix boyunca insanlar bu şəhərdə sərt siyasi təzyiqlərə rəğmən, öz inanclarını qorumağa və dinlərinə uyğun yaşamağa nail olub. Siz burada möhtəşəm İslam məscidləri ilə yanaşı, gözəl Xristian kilsələrini və ən maraqlısı isə, Sovet ateizminin ən kəskin dövrlərində inşa edilmiş iki fərqli Yəhudi sinaqoqunu görə bilərsiniz. Hər bir din məbədinin yaranışı  insanda cavabsız suallar doğuran maraqlı əfsanələr pərdəsi ilə örtülüdür.