Tahir Hüseynov

Viza, Miqrasiya və Sığorta dəstəyi üzrə agent
Azərbaycan, rus, ingilis dili bilikləri

Tərcümeyi-hal

Tahir "PAŞA Travel" şirkətinin Viza və Miqrasiya dəstəyi komandasına 2016-cı ildə qoşulub, lakin buna qədər müxtəlif sahələrdə işləyərək dərin təcrübə qazanıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetini "Geologiya" üzrə bitirdikdən sonra (2008) o, otelçilik sektorunda qeydiyyat şöbəsi və çağırış mərkəzindən tutmuş biznes mərkəzləri, satış və marketinq tədbirlərinə qədər müxtəlif yerlərdə işləyib. Onun neft-qaz sənayesində çalışan "Rigmarine Azərbaycan" və "Baker Hughes Azərbaycan" şirkətlərində də iş təcrübəsi var.

Səyahətçilərə tövsiyəm

Təmiz havası, keyfiyyətli qonaqlama şərtləri, müxtəlif fəaliyyət növləri və obyektləri, qonaqpərvər işçi heyəti məni Marxal İstirahət Mərkəzinə vurğun edib. Bura qədim tarixə malik Şəki şəhərinin yaxınlığında, dağların əhatəsində, meşələrin qoynunda yerləşən mənzərəli bir yerdir. Buranın gözəlliyi səhərin səssizliyində daha dərindən hiss olunur.