Aygün Zalova

İnsan Resursları üzrə direktor
Azərbaycan, ingilis, rus dili bilikləri

Tərcümeyi-hal

Aygün Zalova Kadrlar Şöbəsinin meneceridir. O, "PAŞA Travel" şirkətinə 2011-ci ildə qoşulub. Aygün hər zaman şirkətimizin yenilikçilik və yaradıcılıq mədəniyyətinə uyğun hərəkət etməyə çalışır. O, insan resursları ilə bağlı liderlik, əməliyyatlar, əməkdaşların işə götürülməsi, məhsuldarlığın idarəedilməsi və əməkdaşlarla əlaqələrdə ən yaxşı təcrübələri hazırlamaq, tətbiq və təbliğ etmək məsuliyyəti daşıyır. O, müəssisələrin öz resurslarından, əməkdaşların isə istedadlarından tam həcmdə istifadə etməsi üçün kömək etməyi sevir. Aygünün mühasibat sahəsində təcrübəsi və ACCA sertifikatları var.

Səyahətçilərə tövsiyəm

Azərbaycanın cənub-şərqində Xəzər dənizinin sahilində yerləşən Lənkəran subtropik iqlimi ilə məşhurdur. Minlərlə hektar ərazidə uzanan gözəl meşələri olan Lənkəranda il boyu çay, yapon xurması, feyxoa, limon, mandarin və bir çox başqa bitkilər bar verir.