Lyubov Seyidova

Aparıcı mühasib
Azərbaycan, ingilis, rus, türk dili bilikləri

Tərcümeyi-hal

Son dərəcədə sahmanlı, dəqiq və vicdanlı işçi olan Lyuba "PAŞA Travel" şirkətinin Maliyyə komandasına 2017-ci ildə qoşulub. Əvvəllər o, "PAŞA Holdinq"lə əlaqələri olan tikinti şirkətində çalışıb. Onun mühasibat sahəsində üç ildən çox, IT və satışların təhlili sahəsində isə 5 ildən çox təcrübəsi var. O, Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes Məktəbində Biznes inzibatçılığı üzrə Magistrı qırmızı diplomla bitirib.

Səyahətçilərə tövsiyəm

Çıraqqala IV-VI əsrlərə aid olan müdafiə qalasının həşəmətli qalıqlarıdır. O, Xəzəryanı ərazidə dağ zirvəsində yerləşir və Dərbənddən Bakıya qədər uzanan səddin üç qalasından biridir. Qədim zamanlarda qaladan tonqal vasitəsilə düşmən qoşunların gəlişini ətraf ərazilərə xəbər vermək üçün istifadə edilirdi. Qalanın Çıraqqala adlandırılması çox vaxt bununla izah edilir.