Nail Qafarov

Sürücü
Azərbaycan, rus, ingilis (ibtidai səviyyədə) dili bilikləri

Tərcümeyi-hal

Nail 15 ildən çoxdur ki, sürücü kimi işləyir, bu müddətin sonuncu üç ilini o, "PAŞA Travel" şirkətində çalışıb. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib. Nail detallara diqqət edən etibarlı işçidir və yeni məlumatları sürətlə öyrənir. O, avtomobili hər zaman təhlükəsiz şəkildə və məsuliyyətlə idarə etməsi və müştərilərə xidməti göstərərkən nəzakətli və peşəkar davranış nümayiş etdirməsi ilə fəxr edir.

Səyahətçilərə tövsiyəm

Qədim Bakının – İçərişəhərin tarixini duymaq üçün uzağa getməyə ehtiyac yoxdur. Bu qədim divarların arasında dünyaya gəlib böyümüş Nail buranın dolanbac qədim küçələrini, köhnə tikililərini, yerli sakinlərin yaxın qonşuluq əlaqələrini, hətta unudulmaz uşaqlıq xatirələrini oyadan köhnə taxta qapıların qoxusunu belə sevir.