Rəvanə Bağırova

Təmizlik işçisi
Azərbaycan dili biliyi

Tərcümeyi-hal

Rəvanə "PAŞA Travel" komandasına 2012-ci ildə qoşulub. Etibarlı və diqqətcil işçi olan Rəvanə təsərrüfatın sanitar vəziyyəti, təhlükəsizliyi, rahatlığında mükəmməlliyin təmin edilməsi və ofisdə təmizliyin effektiv şəkildə və vaxtlı-vaxtında aparılması üçün məsuliyyət daşıyır.

Səyahətçilərə tövsiyəm

Azərbaycan nefti ilə tanınır. Lakin Siz buranın torpaqlarından alternativ tibdə oynaqlar və skelet-əzələ sisteminin yumşaq toxumalarının problemlərini yüngülləşdirmək üçün istifadə edilən təkrarolunmaz qara neftin də çıxarıldığını bilirdinizmi? "Naftalan nefti" eyni adlı kiçik şəhərcikdə çıxarılır. Naftalanda neftin müalicəvi xüsusiyyətlərindən istifadə edilən bir neçə kurort mərkəzi var. Buraya gələn insanlar Naftalan neftinin masaj, fizioterapiya və fiziki məşq üçün istifadə edildiyi xüsusi müalicə alırlar.  Bəli, düz başa düşdünüz, Siz Azərbaycanda sağlamlaşdırıcı neft vannası qəbul edə bilərsiniz.