Kristina Cəfərova

Korporativ və istirahət turları üzrə aparıcı agent
Rus, Azərbaycan, ingilis dili bilikləri

Tərcümeyi-hal

Kristina səyahət və turizm sahəsində karyerasına 2003-cü ildə VIP və İstirahət turları üzrə konsultant kimi başlayıb. O, "PAŞA Travel" komandasına 2010-cu ildə qoşulub və hazırda "Galileo" sistemi üzrə məsləhətçidir. Kristinanın IATA, "Amadeus" avtomatlaşdırılmış bronlaşdırma və satış sistemi, Bakı Biznes Məktəbi, Müştəri Xidmətlərinin İdaredilməsi üzrə sertifikatları var. O, çox ünsiyyətcil insandır. Kristina Azərbaycan Dillər Universitetinin məzunudur.

Səyahətçilərə tövsiyəm

Bütün dünya təzə, orqanik qida məhsullarının faydasına getdikcə daha çox dəyər verir. Lakin Azərbaycan üçün bu yeni tendensiya deyil. Ta qədim zamanlardan  mövsümi təzə meyvə və tərəvəzlər Azərbaycanın milli mətbəxinin əsası olub.