Elşən Əlimətov

Sürücü
Azərbaycan, rus, ingilis (ibtidai səviyyədə) dili bilikləri

Tərcümeyi-hal

Hər zaman xoş görkəmi, nəzakət və ədəb-ərkanı ilə seçilən Elşən "Paşa Travel" şirkətində 8 ildən çox işləyib. Yol təhlükəsizliyi qaydalarına diqqət göstərən və etibarlı sürücü olan Elşən eyni zamanda onun həmkarları və müştərilərlə sürətlə ünsiyyət quraraq səmimi ab-hava yaratmasına imkan verən mükəmməl ünsiyyət bacarıqlarına sahibdir. 

Səyahətçilərə tövsiyəm

Kiçik Qafqaz dağlarına doğru yol alırsınızsa, Göygölü səyahət marşrutunuza mütləq daxil etməlisiniz. Amma yolda tələsməyin! Səmaların maviliyini əks etdirən bu gölə doğru irəliləyəcəyiniz yolun mənzərəsi çox gözəldir. Ona görə də, ayaq saxlayıb Kəpəz dağının möhtəşəm siluetinin fonunda dağlıq ərazinin möhtəşəm görünüşündən zövq alın.