Maqsud Məlik Yeganlı

Viza, Miqrasiya və Sığorta dəstəyi üzrə Menecer
Azərbaycan, rus, ingilis, türk dili bilikləri

Tərcümeyi-hal

Maqsud şirkətimizin Viza və Miqrasiya komandasına rəhbərlik edir. O, yüksək səviyyəli təşkilatçılıq və ünsiyyət bacarıqlarına malikdir, komandada işləməyi bacarır, vaxt məhdudiyyəti olan işləri vaxtında çatdırır və fərqli tələblər və prioritetlərin öhdəsindən uğurla gəlir. 2008-ci ildə "PAŞA Travel" komandasına qoşulmazdan öncə, o, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında VIP sərnişinlər üçün zala rəhbərlik edirdi. O, Azərbaycan Beynəlxalq Universitetində hüquq təhsili alıb.

Səyahətçilərə tövsiyəm

Qəbələ mənim Azərbaycanda ən çox sevdiyim yerdir. Son on ildə şəhərdə baş verən dəyişikliklər – yeni infrastrukturların, hətta yeni beynəlxalq hava limanının yaradılması ölkənin sürətli inkişafından xəbər verir. Lakin Qəbələnin ən sevdiyim xüsusiyyəti buranın qoz-fındıq və meyvələrin istifadə edildiyi dadlı mətbəxidir.