Gülər Məmmədova

Çayçı
Azərbaycan dili biliyi

Tərcümeyi-hal

Sakit, optimist, qayğıkeş və həmişə gülərüz Gülər "PAŞA Travel" şirkətində 3 ildən çox işləyib. Ofisimizdə xoş ab-havanın saxlanmasında böyük rol oynayan Gülər mətbəxi idarə edir və sosial münasibətlərin qurulması və yaxşı əhval-ruhiyyə üçün vacib olan içkinin – çayın həmişə işçilərimizə və qonaqlarımıza təqdim edilməyə hazır olmasını təmin edir.

Səyahətçilərə tövsiyəm

Yaxşı, etiraf edirəm, mən alış-veriş etməyi sevirəm. Son illərdə Bakıda pərakəndə alış-veriş etmək üçün seçimlər günü-gündən artmaqdadır, lakin mən ən çox yeni, xoş dizayna malik Gənclik Ticarət Mərkəzini xoşlayıram. Deyilənə görə, bura şəhərin ən böyük ticarət mərkəzidir, lakin insan burada özünü rahat hiss edir. Burada uşaqlar üçün oyun sahəsi var və ticarət mərkəzinə tunellə birbaşa metro stansiyasından gəlmək mümkündür. Lakin buranın ən sevdiyim xüsusiyyəti boş vaxt keçirməyin, kafedə oturmağın və bəlkə də, mənə heç vaxt lazım olmayacaq şeyləri almağın son dərəcədə rahat olmasıdır.