Məryəm İsmayılova

Təmizlik işçisi
Azərbaycan dili biliyi

Tərcümeyi-hal

İstiqanlı, mehriban və çalışqan təbiətə malik Məryəm "PAŞA Travel" şirkətində on ildən çoxdur ki, təmizlik işçisi kimi çalışır. Komandamızın hər bir üzvünə yaxından bağlı olan Məryəm buranı özünün ikinci evi bilir və bizim hamımızı böyük xoşbəxt bir ailənin fərdləri hesab edir.

Səyahətçilərə tövsiyəm

Azərbaycanda səyahət etməyə dəyəcək daha bir yer Duzdağdır. Dağ doğrudan da, duzdan ibarət olduğu üçün bu adı alıb. İnsanlar buradan 4000 ildən çoxdur duz toplayırlar. Günümüzdə Duzdağa səyahət edənlər qədim dövrlərdən qalmış şaxta-mağaralarda gecələyə bilərlər – bu, xüsusilə tənəffüs çatışmazlığından əziyyət çəkənlərə müalicəvi təsir göstərir. Duzdağ Azərbaycanın əsas ərazisi ilə quru sərhədi olmayan Naxçıvan ərazisində yerləşir. Ona görə də, Bakıdan bura gəlmək üçün hava yolundan istifadə etməlisiniz, lakin biletlər kifayət qədər ucuzdur və təmiz havalarda uçuş çox rahat olur.