Nizami Ramazanov

Sürücü
Azərbaycan, rus dili bilikləri

Tərcümeyi-hal

Nizami Azərbaycan Neft Akademiyasından məzun olduqdan sonra Rusiyanın Urenqoy şəhərində və SOCAR-da (Azərbaycan) aparıcı mühəndis kimi işləyib. Daha sonra beş il Türkiyədə qaldıqdan sonra o, Bakıya qayıdıb və o vaxtdan bəri "PAŞA Holdinq"də düz 14 il çalışıb. Nizami etibarlı, dəqiq və çox qonaqpərvər insandır.

Səyahətçilərə tövsiyəm

Türkiyədən Azərbaycana qayıdanda mən İsmayıllı rayonunda ipəkçilik ənənələri ilə tanınan Basqal kəndinə köçdüm və tezliklə bura mənim ikinci evim oldu. Tarix həvəskarları burada Mustafa xanın Qacardan müdafiə olunduğu Fit qalası kimi qədim tikililərə nəzər sala bilər. Təbiətsevərlər buranın gözəl meşəli dağlarının və 47 metr hündürlüyü olan şəlaləsinin seyrinə çıxa bilər. Səyahəti sevənlərə xoşbəxt olmaq üçün başqa nə lazımdır ki?!