Natiq Əlimərdanov

Layihələr üzrə baş mütəxxəsis
İngilis, rus, Azərbaycan, türk dili bilikləri

Tərcümeyi-hal

Natiq "PAŞA Travel" şirkətində gəlmə turizmi və MICE üzrə aparıcı agent kimi işləməyə 2017-ci ildə başlayıb. Natiq çox qətiyyətli, sahmanlı və çalışqan işçidir. Onun vəzifəsi tərəfdaşlarla işləmək, onların ehtiyaclarını müəyyən etmək və onlara bu ehtiyaclara uyğun olan reys və səyahət seçimləri ilə bağlı məsləhət vermək, habelə nəqliyyatı bronlaşdırmaq və turoperatorlarla əməkdaşlıq etməkdir. O, Azərbaycan Turizm İnstitutunu bitirib.

Səyahətçilərə tövsiyəm

Azərbaycanın Qax rayonu qədim tarixə malikdir. Mən Qaxı buranın saf təbiətinə, yüksək dağlarına və təzə-tər havasına görə çox sevirəm. Üstəlik, bura Azərbaycanın bir neçə mədəniyyətin bir araya gəldiyi rayonlarından biridir.