Ülviyyə Akif

Biznesin inkişafı üzrə mütəxəssis
Azərbaycan, ingilis, rus, türk dili bilikləri

Tərcümeyi-hal

Enerjili, hərəkətli və insanı özünə heyran edən Ülviyyə aramıza 2017-ci ildə qatılıb. O, şirkətin irəli getməsini təmin etmək və buna təkan vermək üçün şirkətin biznes planları, prosedurları və xidmətlərini dəstəkləyən yeni layihələr hazırlayır və idarə edir. O, sosial şəbəkələrin idarə edilməsi üçün məsuliyyət daşıyır və pashatravel.az internet saytının dizaynının dəyişdirilməsi və saytın məzmununun idarəedilməsinə rəhbərlik edir. Ülviyyə Birləşmiş Krallğın Vestminister Universitetində magistr dərəcəsi alıb. O, komanda daxilində işləməyi çox gözəl bacarır.

Səyahətçilərə tövsiyəm

Başlanğıcını dağlardan götürən və Azərbaycanın ən böyük su hövzəsinə tökülən Kür çayının suları doğma şəhərim Mingəçevirdən keçərkən səmanın maviliyini alır. Avarçəkənlər və kayakçılar arasında məşhur olan çayın sakit sahilləri quşların yuvalarında çıxmasına tamaşa edərək təmiz səhər havası ilə nəfəs almaq üçün ideal yerdir. Taxta qayıqda özünü çayın axınına buraxıb hərəkət etmək isti yay günlərində insanlardan uzaqlaşıb bakir təbiətin seyrinə çıxmaq üçün ən yaxşı üsuldur.