Ziya Nağızadə

Viza, Miqrasiya və Sığorta dəstəyi üzrə baş agent
Azərbaycan, rus, ingilis dili bilikləri

Tərcümeyi-hal

Qətiyyəti, nizam-intizamı sevməsi və enerjisi ilə seçilən Ziya "PAŞA Travel" şirkətində Viza, Sığorta və Miqrasiya dəstəyi üzrə aparıcı agent kimi işləməyi çox sevir. O, şirkətimizdə işləməyə 2011-ci ildə başlayıb. Ziya Azərbaycanın Qərb Universitetində turizm sahəsi üzrə bakalavr dərəcəsi, Azərbaycan İqtisad Universitetində isə Biznes inzibatçılığı üzrə magistr dərəcəsi alıb.

 

Səyahətçilərə tövsiyəm

Ziyanın Azərbaycanda ən çox sevdiyi yer Abşeron yarımadasıdır. Azərbaycanın paytaxtı Bakı şəhəri burada yerləşir. Abşeron yarımadası çimərlikləri, qalaları və alov məbədləri, maraqlı xalq inanclarına həyat verən mədəni təbəqələri, poetik söz döyüşü olan meyxanası ilə tanınır.