Mənsumə Zülfüqarova

Resepşn işçisi
Azərbaycan, rus, ingilis dili bilikləri

Tərcümeyi-hal

Mənsumə qonaqları qarşılayır, telefon zənglərinə cavab verir, elektron məktublarla işləyir, habelə planlaşdırma və koordinasiya ilə bağlı bir çox vəzifələri yerinə yetirir. O, asanlıqla ünsiyyət yaradır, komandada işləməyi yaxşı bacarır və hadisələrə pozitiv yanaşması ilə seçilir. O, xoşbəxtliyi daxili müdrikliyin bir forması hesab edir. Mənsumə "PAŞA Travel" komandasına 2014-cü ildə qoşulub. O, Azərbaycan Slavyan Universitetində magistr dərəcəsi alıb.

Səyahətçilərə tövsiyəm

600-dən çox yaşı olan iki nəhəng çinar ağacının kölgəsində yerləşən Şəki Xanlarının sarayı mənim ən sevdiyim yerlərdən biridir. Xan sarayı 1762-ci ildə tikilib. Sarayın tikintisi zamanı mismar və yapışqandan istifadə edilməyib. Bütün qapı-pəncərələrdə ağac parçalarının aralarına müxtəlif rəngli şüşələr geyindirilib.