Ülviyyə Məmmədzadə

Bronlaşdırma üzrə agent
Azərbaycan, rus, ingilis dili bilikləri

Tərcümeyi-hal

Ülviyyə biletlərin satışı, sifarişlər və turistləri maraqlı yerlərdən tutmuş restoranlar və qəza vəziyyətlərində göstərilən xidmətlərə qədər səyahətlə bağlı bütün məlumatlarla təmin etmək üçün məsuliyyət daşıyır. O, turizm sahəsində 10 ildən çox işləyib. Ülviyyə "PAŞA Travel"da 2014-cü ildən başlayaraq çalışır və şirkətimizin ofislərindən birində korporativ müştərilərlə işləyərək işini həvəslə yerinə yetirir. Ülviyyə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur.

Səyahətçilərə tövsiyəm

Azərbaycanda olarkən milli rəqslərimizdən ən azından bir-ikisini görməyə çalışın. Xalqımızın milli rəqsləri ritmik və dinamik, eyni zamanda çox zərifdir. "Vağzalı" bəylə gəlini toy mərasiminə yola salarkən ifa edilir. Qafqazda məşhur olan, kişilərin ayaq ucunda, əllərini qartal kimi geniş açaraq oynadığı "Ləzginka" rəqsi enerji ilə doludur. "Yallı" isə qədim dövrlərə aid qayaüstü rəsmlərdə belə təsvir edilmiş, insanların qol-qola verərək oynadığı bir rəqsdir.