Ayla Manafova

Bronlaşdırma üzrə agent
Rus, ingilis, Azərbaycan dili bilikləri

Tərcümeyi-hal

Ayla Azərbaycan Dillər Universitetində filologiya üzrə təhsil alıb. Aylanın yeni şəraitə sürətlə uyğunlaşmaq və ünsiyyət qurmaq qabiliyyəti karyerasının turizm sahəsinə doğru irəliləməsinə imkan verib. O, son 13 ildir, bu sahədə işləyir. Hazırda bir çox sifariş və bronlaşdırma sistemini dərindən bilən Aylanın texniki bilikləri yüksək qiymətləndirilir. O, "PAŞA Travel" şirkətində işləməyə 2016-cı ildə başlayıb və buna görə çox xoşbəxtdir.

Səyahətçilərə tövsiyəm

Qobustan 40 000 ildən çox yaşı olan heyrətamiz petroqliflərinə görə UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısına daxil edilib. Burada çox gözəl yeni muzey var, lakin mənim fikrimcə bu yerin əsas cazibəsi qayalarla örtülmüş təpələrin Xəzər dənizinin sahilinə açılan mənzərəsinin gözəlliyindədir.