Nigar Nəcəfova

İnventarlaşdırma mütəxəssisi
İngilis, Azərbaycan və rus dili bilikləri

Tərcümeyi-hal

Nigar Azərbaycana gəlmə turizminin təşkil edilməsi və planlaşdırılması üçün məsuliyyət daşıyan, komanda daxilində işləməyi bacaran etibarlı bir işçidir. O, "PAŞA Travel" şirkətində işləməyə başlamazdan öncə beş il müddətində Azərbaycanda və ABŞ-da çoxprofilli səyahət agentliklərində satışlar, layihələrin idarəedilməsi və əməliyyatlar sahəsində işləyib. Nigar təhsilini Amerikada alıb. O, Montiçelloda Arkanzas Universitetində bakalavr, Kaliforniyanın San-Xose şəhərində Beynəlxalq Texnologiya Universitetində magistr dərəcəsi alıb.

Səyahətçilərə tövsiyəm

Nigar gündəlik həyatında daha çox müasir şəhər qadını olsa da, təbiət qoynunda olmağı da çox sevir. O, təbiəti hiss etmək üçün Qafqaz dağlarının ətəklərində yoldan uzaqlaşıb Qırız Dəhnə kəndinin yaşıl çəmənlərindən yabanı otları toplamağı xoşlayır.