Ülviyyə Səfərova

Layihələr üzrə baş mütəxxəsis
İngilis, rus, Azərbaycan dili bilikləri

Tərcümeyi-hal

Ülviyyə politologiya təhsili aldıqdan sonra erkən karyerasında müxbir, maliyyə nümayəndəsi və ofis meneceri kimi fərqli vəzifələri icra edib, viza və səyahətlərin idarəedilməsi, satınalmalar və ISO keyfiyyətə zəmanət sahəsində təcrübə qazanıb. O, 2007-ci ildən başlayaraq BP əməkdaşlarının ingilis dili biliklərinin təkmilləşdirilməsinə istiqamətlənmiş layihədə mühasibat və hesabat üzrə menecer vəzifəsini yerinə yetirib. 2015-ci ildən sonra "Delta Lufthansa City Center" turizm agentliyində satış və marketinq üzrə menecer vəzifəsi alıb və agentliyin korporativ müştərilərlə əlaqələrini möhkəmləndirib. O, bu yaxınlarda "PAŞA Travel" şirkətinin Gəlmə turizmi və MICE şöbəsində baş agent kimi işə başlayıb.

Səyahətçilərə tövsiyəm

Dəniz səviyyəsindən 1300 metr yüksəklikdə olan dağ çökəkliyində qayalıqların əhatəsində yerləşən ləzgi kəndi Laza Azərbaycanın ən heyranedici mənzərəyə malik yerlərindən biridir. Sıldırım qayalardan axan şəlalələr qış aylarında donur və buza dırmanma üçün gözəl şərait yaradır.