Nigar Həsənova

Korporativ müştərilərlə iş üzrə mütəxəssis, Azərbaycan və Gürcüstan
İngilis, rus və Azərbaycan dili bilikləri

Tərcümeyi-hal

Nigar Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi İqtisadiyyat fakültəsini bitirib. Daha universitet illərində , peşəkar həyatına Azərbaycanın Turizm və Böyük otellər şəbəkəsinin birində satış təmsilçisi kimi başlayıb. Korporativ müştərilərlə iş komandasını təmsil edən Nigarın turizm və otelçilik sahəsində 4 ildən çox təcrübəsi var. O, müştərilərə peşəkarcasına planlaşdırılmış, mükəmməl xidmətlər təklif edir və onların maraqlarını hər zaman qoruyur. Nigarın əsas vəzifəsi potensial müştəriləri "PAŞA Travel"ın təklif etdiyi unikal imkanlar haqqında məlumatlandırmaq, müştərilərlə əlaqələr yaradıb saxlamaqdır.

Səyahətçilərə tövsiyəm

Xoş təəssüratlar axtarışındasınızsa, İçərişəhərdə Qız Qalasının yaxınlığındakı qocaman çinar ağaclarının kölgəsində yerləşən kiçik və rahat kafelərə üz tutun. Çayınızı yerli şirniyyatlardan dadaraq və Xəzər dənizində dalğaların qoynunda hərəkət edən ağ yelkənlərə tamaşa edərək için.