Murad Əsədov

Biznesin İnkişafı üzrə Direktor
Rus, ingilis, Azərbaycan

Tərcümeyi-hal

Murad Əsədov "Pasha Travel"də Biznesin İnkişafı üzrə Direktor vəzifəsində çalışır. O, gəlirlərin maksimallaşdırılmasına, dünya standartlarının tətbiqi yolu ilə gəlmə və getmə turizminin inkişaf etdirilməsinə görə məsuliyyət daşıyır. Əvvəllər o, "Four Seasons", "Starwood (Le Meridien)" və "Radisson" kimi şirkətlərdə işləyib. Mükafatlar: "Four Seasons Hotels and Resorts"un Satış Bölmələrinin Rəhbərləri arasında Prezident Mükafatının 3 qat qalibi (2015, 2016, 2017), Şirkətin dünya üzrə nümayəndəlikləri arasında Ən Yaxşı Satış Meneceri (2016). Murad Bakı Dövlət Universitetində Beynəlxalq Münasibətlər üzrə bakalavr və magistr təhsili alıb. Bundan əlavə, o, Les Roches Marbella məktəbində Mehmanxana Biznesinin İdarə edilməsi üzrə magistr dərəcəsi alıb.

Səyahətçilərə tövsiyəm

Əminəm ki, mən Azərbaycanda ən sevdiyi yerin Qəbələ olduğunu deyən birinci adam deyiləm, amma ora doğrudan da, insanı bütün problemlərini geridə qoyub təmiz hava və möhtəşəm mənzərədən zövq almağa vadar edən mükəmməl yerdir. Şəhərdə çoxlu şabalıd və qoz ağacları var. Şəhərətrafı meşələrdə qırqovul, kəklik və turac kimi çoxlu quşlar yaşayır. Bəxtiniz gətirsə, burada maral, dağ keçisi, tülkü, hətta ayı belə görə bilərsiniz.