Arni Zexmeystr

Onlayn marketinq meneceri
Alman, ingilis, holland və danışıq səviyyəsində ispan və fransız dili bilikləri

Tərcümeyi-hal

İnnovasiyalarla dərindən maraqlanan Avstriya mənşəli Arni "PAŞA Travel" və onun bütün məhsulları üçün onlayn marketinq strategiyalarının hazırlanması və icra edilməsində böyük rol oynayır. O, Azərbaycana gəlməzdən əvvəl Amsterdamda holland səyahət şirkətində bənzər vəzifəni yerinə yetirirdi. Arni şirkətin bir sıra Avropa bazarlarında onlayn marketinq effektivliyinin inkişaf etdirilməsi üçün məsuliyyət daşıyırdı.

Səyahətçilərə tövsiyəm

Bakıya yenicə köçmüş Arni üçün bu şəhər hələ də cəlbedici yeniliyə malikdir. O, şəhərdə gəzişməyi, yerli mədəniyyətdən həzz almağı, xüsusilə də yerli çay evlərində nərd oynayaraq ünsiyyət qurmağı sevir.