Rəmziyyə Hüseynova

Rezervasiyalar üzrə koordinator

Azərbaycan, rus, ingilis, alman dili bilikləri

Tərcümeyi-hal

Rəmziyyə mükəmməl təşkil edilmiş turlar hazırlamaq üçün turoperatorlarla əməkdaşlıq edir, habelə otellər, restoranlar və nəqliyyat xidmətlərini koordinasiya edir. İqtisadiyyat üzrə təhsil almış Rəmziyyə Şahmat Olimpiadası, İslam Həmrəyliyi Oyunları və Bakı Avropa Oyunları kimi yüksək səviyyəli beynəlxalq tədbirlərin əməliyyat komitələrində idman obyektlərində akkreditasiya üzrə menecer olub.

 

Səyahətçilərə tövsiyəm

Rəmziyyə üçün istirahət və sağlamlaşdırma üçün böyük cazibəyə malik kiçik kurort şəhərciyi Qəbələdən yaxşı yer yoxdur. Bura isti yayı, xizəkçilik üçün ideal olan qışı və piyada gəzintilər üçün əvəzedilməz olan yazı və payızı ilə bütün il boyu unudulmaz istirahət imkanları vəd edir.