Seyidxanım Eminli

Məhsul İnkişafı üzrə Mütəxəssis

Azərbaycan, rus, ingilis və türk dili bilikləri

Tərcümeyi-hal

Seyidxanım İnformasiya/Menecment [MR1]üzrə təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb və üç il BƏƏ üzrə viza mütəxəssisi olaraq "FlyDubai" Hava Yollarında işləyib. Onun "PAŞA Travel" şirkətində əsas fəaliyyətinləri operatorlar, təchizatçılar, agentlər və KİV-nin nümayəndələri ilə görüşlərin təşkili ilə yanaşı, əməkdaşlıq üçün müxtəlif proqramların yaradılması və eyni zamanda turistik məhsulun inkişafı istiqamətindəki yeni imkanları araşdırılmasından ibarətdir.

Səyahətçilərə tövsiyəm

Ağır iş həftəsindən sonra enerjimi bərpa etmək üçün Bakının mərkəzindən avtomobillə bir saatlıq məsafədə yerləşən Şuraabad Kaytserfinq Mərkəzinə getməyi sevirəm. Dənizdən ayrılmış şəffaf suları olan göllə Xəzərin suları arasında qalmış dar torpaq zolağında su idman növləri ilə Karib dənizinin mənzərəsini belə geridə qoyan möhtəşəm şəfəq və qürublar bəhsə girir. Burda keçirdiyim həftə sonu mənə başqa yerdə keçirdiyim iki həftəlik istirahətdən daha yaxşı və canlandırıcı təsir bağışlayır