Rövşən Nuriyev

Viza və miqrasiya agenti
Azərbaycan, ingilis, rus dili bilikləri

Tərcümeyi-hal

Etibarlı bir işçi olan və həmişə gülərüzlüyünü saxlayan Rövşən "PAŞA Travel" şirkətində işləməyə 2007-ci ildə başlayıb. O, bilavasitə Dövlət Miqrasiya Xidməti ilə işləyərək Azərbaycanda uzun müddət qalmağı planlaşdıran xarici vətəndaşlara dəstək göstərir, onlar üçün sənədləri toplayır, sənədlərin verilməsində kömək edir və ərizəyə baxış statusunu izləyir. O, Azərbaycan Aviasiya Akademiyasının beynəlxalq əlaqələr fakültəsini bitirib.

Səyahətçilərə tövsiyəm

Bəxtiniz gətirsə və Sizi yerli toy mərasiminə dəvət etsələr, bu, Sizin Azərbaycanı daha yaxından tanımağınız üçün unikal imkan ola bilər. Mərasimin keçirilməsi üçün bir çox ənənə mövcuddur və o, azərbaycanlılar üçün böyük mənəvi dəyərə malikdir. Lakin evlənmə prosesi sadəcə bu qonaqlıqdan ibarət deyil. O, elçi göndərilməsi və oğlan tərəfin qız tərəfinə rəsmi olaraq evlənmək təklif etməsi ilə başlayır, daha sonra xına gecəsi və bəy hamamı olur.