Zaur Bağırov

Alış meneceri
İngilis, Rus, Indonesiya, Ərəb və Azərbaycan dili bilikləri

Tərcümeyi-hal

"Etihad" və "Qatar Airways" kimi 5 ulduzlu aviaşirkətlərdə insan resurslarının effektivliyinin idarə olunması sahəsində yüksək ixtisaslaşmaya və müştəri yönümlü məhsuldar komandaların yaradılması istiqamətində 15 ildən artıq iş təcrübəsinə malikəm. Müştərilərə uçuş zamanı göstərilən xidmətlərin keyfiyyətini artırmaq üçün innovativ strategiyaları və təşəbbüsləri uğurla tətbiq etmişəm.

Səyahətçilərə tövsiyəm

İdman pərəstişkarı olaraq söyləyə bilərəm ki, Formula 1 yarışları Bakı şəhərində keçirilən ən maraqlı tədbirlərdən biridir. İlk dəfə bu yarış bizdə 2016-cı ildə təşkil olunub. Monako və Sinqapurda olduğu kimi Azərbaycanda keçirilən Formula 1 üzrə Qran-pri yarışları da şəhərin sürətli trasında keçirilir və Baku City Circuit (Bakı Şəhər Həlqəsi) onlardan ən sürətlisidir.  Formula 1 yarışları zamanı Bakı şəhərini mütləq ziyarət edin.